• $
  • €
  • ₽
  • ₺
  • £

Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Güləşçimiz dünya çempionatının finalına yüksəldi
16.08.2026 22:31

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatına start verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kq) yunanıstanlı Marios Kapantaisu 6:1 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda özbəkistanlı Kuvonçbek İsmayılova minimal fərqlə (2:3) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşə çıxacaq.

Cavidan Nehmətov (77 kq) mundiala inamlı start verib. Həmyerlimiz yunanıstanlı Adamantios Papadatosla (8:0) qırğızıstanlı Elxan Çoenbekova (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəldi. Qazaxıstanlı Yerkebulan Anapiyanı 7:5 hesabıyla üstələyən Nehmətov adını yarımfinala yazdırıb. Cavidan yarımfinalda iranlı Amir Mehdi Navaya heç bir şans tanımayıb – 7:1. Millinin üzvü sabah finalda ermənistanlı Samvel Terteryanla güləşəcək.

Qeyd edək ki, Orxan Hacıyev (87 kq) təsnifat mərhələsində hindistanlı Axil Axilə “tuş”la, Mikayıl İsmayılov (130 kq) isə debütdə finlandiyalı Tomas Rusiyə ilk xal prinsipinə əsasən (1:1) uduzub

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol