• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Trampı İranla diplomatiyanı davam etdirməyə çağırıb

Ərdoğan Trampı İranla diplomatiyanı davam etdirməyə çağırıb
18.08.2026 10:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İran-ABŞ gərginliyinin azaldılması üçün diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

Liderlər Türkiyə-ABŞ münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan danışıqların davam etdirilməsinə ümid etdiyini və Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

Ərdoğan həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təmin olunması baxımından mühüm addım olduğunu qeyd edib.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə qarşılıqlı müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digər tərəflərə qarşı hücum kimi qiymətləndirilir. Razılaşma üç ölkə arasında siyasi və hərbi koordinasiyanın gücləndirilməsini, birgə hərbi təlimlərin keçirilməsini və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Saziş Yaxın Şərqdə ABŞ-ın təhlükəsizlik rolunun müzakirə olunduğu və İranla bağlı gərginliyin artdığı bir vaxtda imzalanıb. ABŞ Prezidenti Donald Tramp da razılaşmanı alqışlayaraq onun region ölkələrinin öz təhlükəsizlik imkanlarını gücləndirməsinə xidmət etdiyini bildirib.

Ərdoğan və Trampın telefon danışığında Qəzza məsələsi də müzakirə olunub. Türkiyə Prezidenti Qəzza sülh prosesinin ikinci mərhələsinə keçidin gündəmdə olduğu bir vaxtda İsrailin fələstinlilərə qarşı hərəkətlərinin artdığını bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 17:21
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Siyasət 14:02
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Siyasət 11:30
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Siyasət 10:58
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol