• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan 67 əcnəbini ölkədən deportasiya edib - siyahıda azərbaycanlılar da var

Gürcüstan 67 əcnəbini ölkədən deportasiya edib - siyahıda azərbaycanlılar da var
18.08.2026 11:33

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib.

Nazirliyin məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları olub.

Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

Gürcüstan Miqrasiya İdarəsi ölkədə qanuni əsas olmadan qalan əcnəbilərin müəyyənləşdirilməsi və ölkədən çıxarılması ilə məşğul olan əsas qurumlardan biridir. Qurumun fəaliyyəti qanunsuz miqrasiyanın qarşısının alınmasına və əcnəbilərin ölkədə qalma statusunun yoxlanılmasına yönəlib.

Gürcüstan 2026-cı ildə miqrasiya nəzarətini sərtləşdirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin ilk altı ayında 2 036 qanunsuz miqrant ölkədən deportasiya edilib. Bu göstərici əvvəlki ilin bütün göstəricisini üstələyib.

Miqrasiya İdarəsinin oxşar əməliyyatları nəticəsində iyun ayında 94, iyulda isə 96 xarici vətəndaş Gürcüstandan deportasiya edilmişdi. Deportasiya olunanlar arasında Azərbaycan vətəndaşları da olub.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Dünya 13:02
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol