• $
  • €
  • ₽
  • ₺
  • £

Yuşşenko İlham Əliyevə təşəkkür edib

Yuşşenko İlham Əliyevə təşəkkür edib
18.08.2026 19:27

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.

Viktor Yuşşenko bu barədə sosial şəbəkə hesabında bildirib.

O, Prezident İlham Əliyevlə son dərəcə səmimi və məzmunlu görüş keçirdiyini qeyd edib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev də iştirak edib.

Yuşşenko Azərbaycanla dostluğunun tarixindən danışaraq bunun 1989-cu ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başladığını bildirib.

“Prezident İlham Əliyevlə isə bizi artıq 20 ildən çoxdur şəxsi dostluq və Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi naminə birgə fəaliyyət bağlayır”, – Yuşşenko qeyd edib.

Ukraynanın sabiq Prezidenti xatırladıb ki, bu əməkdaşlığın mühüm nəticələrindən biri iki ölkə arasında strateji tərəfdaşlığın rəsmiləşdirilməsi olub. Onun sözlərinə görə, 22 may 2008-ci ildə Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

“Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyənləşdirdi və onların gələcək inkişafı üçün möhkəm zəmin yaratdı”, – Yuşşenko vurğulayıb.

O bildirib ki, keçirilən görüşdə iki ölkənin bu günü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də tərəflərin komandalarının üzərində işləməyə davam edəcəyi konkret layihələr müzakirə olunub.

Yuşşenko, həmçinin Ukraynaya göstərilən ardıcıl dəstəyə, humanitar yardıma, ukraynalı uşaqlara göstərilən qayğıya, ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəyişməz hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Ukraynanın sabiq Prezidenti Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimad və hörmətin bundan sonra da mühüm birgə layihələrdə öz əksini tapacağına əminliyini ifadə edib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol