• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: çox vacib səfərə çıxırıq

Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
19.08.2026 11:18

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşmada əvvəlki oyunlarla müqayisədə daha çətin vəziyyətdədir. Bunu baş məşqçi Qurban Qurbanov deyib.

Qurban Qurbanov Bakıda keçirilən mətbuat konfransında Niderland klubuna qarşı ilk oyuna ciddi hazırlaşdıqlarını bildirib.

“Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər”, - Qurbanov deyib.

Baş məşqçi komandanın hazırda çətin dönəmdən keçdiyini, lakin daha ağır vəziyyətlərin öhdəsindən gəldiklərini vurğulayıb.

“UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Bundan da çətin dönəmlərdən keçmişik”, - o əlavə edib.

Qurbanov “Tvente” ilə əvvəlki qarşılaşmaları da xatırladaraq həmin vaxt komandanın daha hazırlıqlı olduğunu deyib. Onun sözlərinə görə, hazırda “Qarabağ”ın heyətində zədəli futbolçuların olması və təcrübəli oyunçuların sayının azalması komandanın vəziyyətinə təsir edir.

“İndi dinamik oyunçularımızın sayı daha çoxdur. Kim sona qədər dözə bilirsə, o da qalib gəlir”, - Qurbanov bildirib.

“Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Qarabağ” və “Tvente” daha əvvəl UEFA Avropa Liqasının 2014/15 mövsümünün pley-off mərhələsində qarşılaşıb. Bakıdakı ilk oyun 0:0 hesabı ilə başa çatıb, Enschede şəhərində keçirilən cavab matçında isə “Tvente” 1:0 qalib gəlib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol