• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstan Türkiyənin Egey və Aralıq dənizlərində milli parklar yaratmasına etiraz edib

Yunanıstan Türkiyənin Egey və Aralıq dənizlərində milli parklar yaratmasına etiraz edib
19.08.2026 13:26

 

Yunanıstan Türkiyənin Egey və Şərqi Aralıq dənizlərində iki milli dəniz parkının yaradılması ilə bağlı qərarına etiraz edib. Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Türkiyə prezidenti avqustun 15-də ölkənin şimal-şərqi Egey dənizində və Şərqi Aralıq dənizində Türkiyənin ərazi sularından kənara çıxan iki milli dəniz parkının yaradılması ilə bağlı qərarlar imzalayıb.

Afina hesab edir ki, bu addım beynəlxalq hüquqa ziddir. Nazirlik bildirib ki, heç bir dövlət milli yurisdiksiyasından kənarda yerləşən ərazilərdə birtərəfli qaydada dəniz mühafizə zonaları yarada bilməz.

Yunanıstan tərəfi həmçinin Türkiyənin yaratdığı parkların Yunanıstanın kontinental şelfinin hüdudlarına qədər uzandığını iddia edib.

Açıqlamada qeyd olunub ki, Egey və Şərqi Aralıq dənizlərində dəniz zonalarının statusunun birtərəfli qaydada dəyişdirilməsinə yönələn addımlar beynəlxalq hüququ pozur və iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə mənfi təsir göstərir.

"Yunanıstan beynəlxalq hüquqa uyğun olaraq öz suveren hüquqlarını, eləcə də dəniz mühitini qorumaq üçün ardıcıl və qətiyyətli hərəkət etməyə davam edəcək", - nazirlik bildirib.

Yunanıstan və Türkiyə arasında Egey dənizində dəniz sərhədləri, kontinental şelf və ərazi suları ilə bağlı uzunmüddətli fikir ayrılıqları mövcuddur. Tərəflər xüsusilə Egey dənizində dəniz yurisdiksiyası məsələlərində fərqli mövqelər nümayiş etdirirlər. Ankara və Afina son illərdə dialoqun bərpasına və ikitərəfli münasibətlərdə gərginliyin azaldılmasına çalışsalar da, dəniz yurisdiksiyası məsələləri iki ölkə arasında əsas mübahisəli mövzulardan biri olaraq qalır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Dünya 13:02
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol