• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Britaniyanın əsas tərədaşıdır - Norman

Azərbaycan Britaniyanın əsas tərədaşıdır - Norman
21.08.2026 11:25

Azərbaycan Cənubi Qafqazda Böyük Britaniyanın əsas tərəfdaşıdır və bu mövqeyini gələcək illərdə də qoruyacaq. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib.

“Azərbaycan bu regionda bizim üçün əsas tərəfdaşdır və gələcək illərdə də belə olmağa davam edəcək,”-  Norman deyib.


Onun sözlərinə görə, Cənubi Qafqaz uzun müddətdir Böyük Britaniya üçün strateji əhəmiyyət daşıyır və Londonun regiondakı əsas prioritetləri sülh və rifahdır.

Səfir ötən il Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımları alqışladıqlarını bildirib.

Norman hesab edir ki, davamlı sülh Azərbaycan, Ermənistan və Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq və üç ölkə arasında əlaqələrin genişlənməsinə şərait yaradacaq.

O bildirib ki, Böyük Britaniya-Azərbaycan iqtisadi əməkdaşlığının əsasını enerji sektoru təşkil etsə də, münasibətlər son illərdə digər sahələrə də genişlənib.

“Əvvəlcə neft və qazdan əldə etdiyimiz iqtisadi mənfəətlər indi bir çox başqa sahələrə də şaxələnib,” - Norman deyib.

Səfir əməkdaşlığın bərpa olunan enerji sahəsini də əhatə etdiyini qeyd edərək, BP-nin Cəbrayılda günəş elektrik stansiyasına investisiyasını buna nümunə göstərib.
BP 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən etibarən Azərbaycanın neft-qaz sektorunun əsas xarici investorlarından biridir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol