• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə 3 jurnalist "Ərdoğan vəfat edib" yazdığına görə saxlanılıb

Türkiyədə 3 jurnalist "Ərdoğan vəfat edib" yazdığına görə saxlanılıb
26.08.2026 12:33

 

Türkiyənin Aydın şəhərində yerli qəzetin sosial media hesabında Prezident Rəcəb Tayyib Ərdoğanın vəfat etməsi təəssüratı yaradan paylaşımın yayılmasından sonra üç jurnalistin saxlanılması barədə qərar verilib.

“Aydın Denge” qəzetinin “Facebook” hesabında avqustun 25-də qara fonda “Ərdoğan vəfat edib” ifadəsinin yer aldığı görüntü paylaşılıb.

Paylaşımın yayılmasından sonra Aydın Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. İstintaq Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsində nəzərdə tutulan “xalqı yanıldan məlumatı açıq şəkildə yayma” cinayəti üzrə aparılır.

Qəzetin internet saytında yerləşdirilən xəbərin isə Gülşən Ərdoğan adlı şəxsin ölüm elanı ilə bağlı olduğu bildirilib. Buna baxmayaraq, sosial media paylaşımında yalnız “Ərdoğan vəfat edib” ifadəsinin yer alması Prezident Rəcəb Tayyib Ərdoğanın öldüyü barədə yanlış təsəvvür yaradıb.

İstintaq çərçivəsində qəzetin nümayəndəsi, məsul redaktoru və müxbirinin saxlanılması barədə qərar verilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Dünya 13:02
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol