• $
  • €
  • ₽
  • ₺
  • £

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb
28.08.2026 19:18

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə XİN məlumat yayıb.

Görüşdə avqustun 26-da Polşanın ictimai yayım qurumu TVP-nin (TVP World) "Eastern Express" proqramında Azərbaycan əleyhinə yayımlanan süjetlə bağlı etiraz bildirilib.

XİN-dən verilən məlumata görə, süjetdə Azərbaycan dövləti və ölkə rəhbərliyinə qarşı qərəzli və qəbuledilməz iddialar səsləndirilib, verilişin aparıcısının davranışı isə təxribat xarakterli qiymətləndirilib. Bununla əlaqədar Polşa tərəfinə etiraz notası təqdim olunub.

Azərbaycan tərəfi bildirib ki, Azərbaycan-Ermənistan arasında normallaşma və sülh prosesinin davam etdiyi, həmçinin regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səylərin göstərildiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılması suallar doğurur.

XİN Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım qurumunda Azərbaycana qarşı mənfi məzmunun yayımlanmasını iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna zidd və ikitərəfli əlaqələrə zərər vura biləcək qeyri-dost addım kimi qiymətləndirib.

Polşa tərəfi Azərbaycanı hədəf alan bu cür kampaniyaların dayandırılması üçün təxirəsalınmaz və təsirli tədbirlər görməyə çağırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol