• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Qırğızıstan, Malayziya və Trinidad və Tobaqo liderlərini təbrik edib

İlham Əliyev Qırğızıstan, Malayziya və Trinidad və Tobaqo liderlərini təbrik edib
31.08.2026 11:20

 

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü, Malayziyanın Müstəqillik Günü və Trinidad və Tobaqonun Müstəqillik Günü münasibətilə bu ölkələrin liderlərinə təbrik məktubları göndərib.

İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova ünvanladığı məktubda iki ölkə arasında münasibətlərin son illərdə inkişaf edərək müttəfiqlik səviyyəsinə çatdığını bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, onun bu yaxınlarda Qırğızıstana etdiyi dövlət səfəri Bakı ilə Bişkek arasında sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyini nümayiş etdirib.

İlham Əliyev Qırğızıstanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişaf və quruculuq sahələrində əldə etdiyi nailiyyətləri də vurğulayıb.

Azərbaycan Prezidenti Malayziya Kralı Sultan İbrahimə göndərdiyi məktubda isə iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq əlaqələrinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

O, Azərbaycan-Malayziya münasibətlərinin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Trinidad və Tobaqo Prezidenti Kristin Karla Kanqaluya məktubunda Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəyinə inandığını bildirib.

Hər üç məktubda Azərbaycan Prezidenti qarşı tərəfə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, xalqlara isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol