• $
  • £

Jirinovskini məhkəməyə verdilər

Jirinovskini məhkəməyə verdilər
26.11.2013 17:02
Dağıstanlı vəkil Şamil Şeyxov Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə qarşı iddia qaldıraraq, onun Volqoqradda baş verən terror hadisəsindən sonra Şimali Qafqazda yaşayanlara qarşı işlətdiyi ifadələrə görə üzr istəməsini tələb edib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Moskvanın Meşşan rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib. İddianın baxılacağı tarix bilinmir. Məhkəməyə təqdim edilən ərizədə iddiaçı Jirinovskinin sözlərinin “ekstremist və separatçı” sayılmasını, həmçinin, “qafqazlıların namus, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməsi” kimi tanınmasını tələb edib. Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin də V. Jirinovskini tənqid edib. O, LDPR liderindən xahiş edib ki, elektoratını gücləndirmək naminə Rusiyanın fundamental dəyərlərinə zərər gətirməsin. Öz növbəsində, “Yabloko” Partiyasının rəhbəri Sergey Mitroxin də Jirinovskinin ifadələrinin “ekstremizm” nöqteyi-nəzərindən yoxlanılmasını müstəntiqlərdən xahiş edib. Liberal Demokrat Partiyasının Çeçen şöbəsi isə partiya liderinin fəaliyyətinə etiraz olaraq özünü buraxdığını bildirib. Xatırladaq ki, oktyabrın 24-də “Mubahisə” televiziya proqramında terrora qarşı mübarizə üsullarından danışan V. Jirinovski Şimali Qafqazı tikanlı məftillərlə əhatəyə almağı təklif edib. Bundan başqa, V. Jirinovski Şimalı Qafqaz regionunun vətəndaşlarının Rusiya ərazisində sərbəst yerdəyişmələrinə qanunla məhdudiyyət qoyulmasını və üçüncü uşağın doğulmasını qadağan etməyə çağırıb. O, əhalinin həddən artıq çoxalmasının cinayətin səviyyəsinin artımına gətirib çıxardığını qeyd edib, tikanlı məftillərdən istifadəni isə terror təhlükəsinin qarşısının alınması üçün mümkün tədbir kimi qələmə verib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazından keçən tankerə zərbə endirilib
Dünya 13:46
Hörmüz boğazından keçən tankerə zərbə endirilib


Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Dünya 13:02
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Meloni ABŞ-yə səfərdən imtina edib
Dünya 12:09
Meloni ABŞ-yə səfərdən imtina edib


İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Dünya 11:35
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb


ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Dünya 11:15
ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol