• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA: azad edilmiş ərazilərdə 298 min hektardan çox ərazi minalardan təmizlənib

ANAMA: azad edilmiş ərazilərdə 298 min hektardan çox ərazi minalardan təmizlənib
02.09.2026 10:20

2020-ci ildə 44 günlük müharibənin başa çatmasından sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı bildirib.

Süleymanovun sözlərinə görə, ANAMA və minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar bu müddətdə 260 mindən çox mina və digər partlayıcı müharibə qalıqlarını zərərsizləşdirib.

“Azad edilmiş ərazilərdə şəhərlərin bərpası tikinti ilə deyil, torpaqların təhlükəsiz vəziyyətə gətirilməsi ilə başlayır”, - Süleymanov bildirib.

O qeyd edib ki, 2020-ci ilin noyabrından etibarən aparılan minatəmizləmə işləri azad edilmiş ərazilərin yenidən qurulması ilə birbaşa əlaqələndirilib.

Bu dövrdə yaşayış və infrastruktur layihələri üçün 103 min hektardan çox ərazi təmizlənərək istifadəyə verilib. Süleymanovun sözlərinə görə, bu, yeni yaşayış məntəqələrinin, ev və yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və digər zəruri infrastrukturun tikintisinə imkan yaradıb.

ANAMA rəhbəri bildirib ki, yolların çəkilməsi, su və enerji xətlərinin qurulması, kənd təsərrüfatı torpaqlarının istifadəyə qaytarılması və əhalinin yaşayış məntəqələrinə qayıdışı üçün humanitar minatəmizləmə bərpa prosesinin ilkin mərhələsidir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol