• $
  • £

BMT: Azərbaycanda mina çirklənməsi olan ərazilərin 25,6%-i təhlükəsiz istifadəyə verilib

BMT: Azərbaycanda mina çirklənməsi olan ərazilərin 25,6%-i təhlükəsiz istifadəyə verilib
02.09.2026 10:30

Azərbaycanda mina və partlayıcı müharibə qalıqları ilə çirkləndiyi təxmin edilən ərazilərin 25,6%-i təmizlənərək təhlükəsiz istifadəyə verilib. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi adından çıxış edən Nasar Hayat IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.


Onun sözlərinə görə, görülən işlər indiyədək təxminən 38,200 keçmiş məcburi köçkünün geri qayıtmasına, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi fəaliyyətin, ictimai xidmətlərin və icma həyatının bərpasına şərait yaradıb.

Hayat bildirib ki, 1991-ci ildən Azərbaycanda 3,500-dən çox insan mina qurbanı olub. 2020-ci ilin noyabrından isə mina hadisələri nəticəsində 73 nəfər, o cümlədən 58 mülki şəxs həlak olub, daha 364 nəfər, o cümlədən 183 mülki şəxs yaralanıb.

“Landmine Monitor 2025” hesabatına istinad edən Hayat bildirib ki, Azərbaycan 2024-cü ildə minatəmizləmə fəaliyyətinə dövlət büdcəsindən 114,6 milyon dollar ayırıb ki, bu da hesabatda göstərilən ölkələr arasında ən yüksək milli maliyyələşdirmə olub.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından minatəmizləmə işlərinə dövlət tərəfindən ümumilikdə 566 milyon dollar ayrılıb.

Hayat qeyd edib ki, bu göstəricilər Azərbaycanın mina probleminin humanitar və iqtisadi nəticələrinin aradan qaldırılmasını milli sosial-iqtisadi inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirdiyini göstərir.

O bildirib ki, dünyada ən azı 57 ölkə və ərazi mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənmiş olaraq qalır və bu təhlükə insanların həyatına, sağlamlığına və iqtisadi fəaliyyətinə təsir göstərir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT: Azərbaycanda mina çirklənməsi olan ərazilərin 25,6%-i təhlükəsiz istifadəyə verilib
Siyasət 10:30
BMT: Azərbaycanda mina çirklənməsi olan ərazilərin 25,6%-i təhlükəsiz istifadəyə verilib
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:50
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
Milli Məclisin komissiyası: Fransa Azərbaycana qarşı hibrid təhdidlərini hələ də davam etdirir
Siyasət 17:45
Milli Məclisin komissiyası: Fransa Azərbaycana qarşı hibrid təhdidlərini hələ də davam etdirir
Qırğızıstan elektrik enerjisinin 90%-ni hidroenergetikadan əldə edir
Siyasət 15:02
Qırğızıstan elektrik enerjisinin 90%-ni hidroenergetikadan əldə edir
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Siyasət 16:51
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Siyasət 12:33
Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam

Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 16:28
Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol