• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-nin Azərbaycandakı nümayəndəliyi: Minatəmizləmənin məqsədi yalnız əraziləri təmizləmək deyil

Aİ-nin Azərbaycandakı nümayəndəliyi: Minatəmizləmənin məqsədi yalnız əraziləri təmizləmək deyil
03.09.2026 11:25

 

Minatəmizləmə fəaliyyətinin əsas məqsədi yalnız əraziləri minalardan təmizləmək deyil, insanların təhlükəsiz şəkildə geri qayıtmasına və icmaların yenidən qurulmasına şərait yaratmaqdır. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkəsinin təcrübəsindən bilir ki, minatəmizləmə yalnız çirklənmiş ərazilərin minalardan təmizlənməsindən ibarət deyil. Bu fəaliyyət insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, icmaların normal həyata, sabitliyə və ümidə qovuşması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur.

“Bizim mesajımız aydın və dəyişməzdir: heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”, - Mariyana Kuyundziç bildirib.

Onun sözlərinə görə, konfrans çərçivəsində keçirilən müzakirələr minatəmizləmənin şəhərlərin bərpasına daha səmərəli şəkildə necə dəstək verə biləcəyi, standartların necə təkmilləşdirilməsi və tərəfdaşlıqların yerlərdə daha effektiv nəticələrə necə töhfə verə biləcəyi barədə təcrübə mübadiləsi aparmağa imkan verir.

“Son nəticədə məqsəd yalnız əraziləri minalardan təmizləmək deyil. Məqsəd təhlükəsizliyi bərpa etməkdir. Yalnız riskləri aradan qaldırmaq deyil. İnsanların geri qayıtmasına imkan yaratmaqdır. Yalnız əraziləri istifadəyə açmaq deyil. İcmaları yenidən qurmaqdır”, - o vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
İlham Əliyev və Pezeşkianla görüşüb
Siyasət 16:07
İlham Əliyev və Pezeşkianla görüşüb
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Siyasət 14:40
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
Siyasət 13:57
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Siyasət 13:33
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Putinlə Əliyevin görüşü olub
Siyasət 12:46
Putinlə Əliyevin görüşü olub
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Siyasət 11:06
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Siyasət 09:31
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol