• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
04.09.2026 20:18

Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların "Azneft dairəsi" istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.

Eyni zamanda, Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda su kəməri partlayıb, evləri su basıb - Video
Cəmiyyət 23:25
Sumqayıtda su kəməri partlayıb, evləri su basıb - Video
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - yenilənib
Cəmiyyət 21:27
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - yenilənib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Cəmiyyət 17:17
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol