"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.
Azərbaycan çempionu Liqa mərhələsində dörd rəqibini Bakıda qəbul edəcək.
“Sabah”ın ev oyunlarının təqvimi belədir:
II tur
13 oktyabr, saat 20:45
“Sabah” – “Slaviya” (Çexiya)
III tur
20 oktyabr, saat 20:45
“Sabah” – “Borussiya Dortmund” (Almaniya)
V tur
25 noyabr, saat 21:45
“Sabah” – “Barselona” (İspaniya)
VII tur
20 yanvar 2027-ci il, saat 21:45
“Sabah” – “Napoli” (İtaliya)
Azərbaycan çempionu digər dörd görüşünü səfərdə keçirəcək. “Sabah” sentyabrın 10-da “Mançester Yunayted” (İngiltərə), noyabrın 4-də “Vikinq” (Norveç), dekabrın 8-də “Vilyarreal” (İspaniya), yanvarın 27-də isə “Arsenal” (İngiltərə) ilə qarşılaşacaq.
Son xəbərlər
Daha çox