“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Azərbaycan çempionu ilk oyununu sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.
“Sabah” oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya”sını, oktyabrın 20-də isə Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edəcək.
Paytaxt təmsilçisi noyabrın 4-də Norveçdə “Vikinq”in qonağı olacaq. “Sabah” noyabrın 25-də isə Bakıda İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi dekabrın 8-də səfərdə digər İspaniya klubu “Vilyarreal”la üz-üzə gələcək.
“Sabah” 2027-ci il yanvarın 20-də Bakıda İtaliyanın “Napoli” klubunu qəbul edəcək. Komanda yanvarın 27-də isə İngiltərədə “Arsenal”la qarşılaşacaq.
Son xəbərlər
Daha çox