• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərkimya” yan məhsul kimi əldə olunan hidrogeni “Azerfloat”a satacaq

“Azərkimya” yan məhsul kimi əldə olunan hidrogeni “Azerfloat”a satacaq
16.09.2026 12:17

SOCAR-ın “Azərkimya” İstehsalat Birliyi istehsal prosesində yan məhsul kimi yaranan hidrogenin Sumqayıtda yerləşən “Azerfloat” şüşə zavoduna boru kəməri ilə nəqli və satışına hazırlaşır.


“Azərkimya”nın əməliyyatlar üzrə meneceri İlqar Qurbanov SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı bildirib ki, layihə sənədləri hazırlanıb və Fövqəladə Hallar Nazirliyindən müvafiq təsdiqlər alınıb.


“Hazırda hidrogenin nəql olunacağı boru xətlərinin çəkilişinə başlanılır”, — Qurbanov deyib.
Onun sözlərinə görə, indiyədək istehsal zamanı yan məhsul kimi alınan hidrogen məşəl sistemində yandırılırdı. Yeni layihə “Azərkimya” üçün əlavə gəlir yaratmaqla yanaşı, “Azerfloat” zavodunun istehsalının artırılmasına imkan verəcək.


Qurbanov bildirib ki, hidrogendən istifadə şüşə istehsalında karbon emissiyalarının azalmasına və daha aşağı karbon izinə malik məhsulların buraxılmasına şərait yaradacaq. Bu isə şirkətin məhsullarının Avropa bazarında rəqabət qabiliyyətini artıra bilər.


Layihə üzrə investisiyanın həcmi, “Azerfloat”a tədarük ediləcək hidrogenin miqdarı və satışın başlanacağı tarix açıqlanmayıb.


Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Azerfloat” Azərbaycanın ilk float üsulu ilə vərəqə şüşə istehsal edən zavodudur. 2021-ci ildə istifadəyə verilmiş müəssisənin illik istehsal gücü 90,000 ton və ya dörd millimetr qalınlığında təxminən doqquz milyon kvadratmetr şüşə təşkil edir.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
İqtisadiyyat 16:48
"İpək Yolu Sığorta"nın lisenziyası məhdudlaşdırıldı
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
İqtisadiyyat 14:56
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 12:27
10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
İqtisadiyyat 11:12
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
İqtisadiyyat 11:07
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu
Qızıl və gümüş yenidən bahalaşır
İqtisadiyyat 10:20
Qızıl və gümüş yenidən bahalaşır
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat 09:36
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 09:27
“Brent” neft ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol