Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sentyabrın 17-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Anews.az -ın məlumatına görə, fasilə 110 kV-luq “Cəlilabad” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar olacaq.
Elektrik enerjisinin verilişi saat 10:00-dan 13:00-dək Biləsuvar rayonunun Amankənd və Arazbarı, Cəlilabad rayonunun isə Alar, Günəşli və Sabirabad kəndlərinin bəzi ərazilərində dayandırılacaq.
Son xəbərlər
Daha çox