• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Azərbaycanda Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılmasını təklif edib

Deputat Azərbaycanda Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılmasını təklif edib
17.09.2026 14:42

Azərbaycanda Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılması təklif olunub.Bu təkliflə Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxış edib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra ölkənin səhiyyə sistemində geniş analitik imkanlara malik məlumat bazası formalaşıb.

Şəxsi məlumatların qorunması şərtilə həmin məlumatlardan xəstəliklərin epidemiologiyasının öyrənilməsi, tibbi xidmətlərə tələbatın və səhiyyə xərclərinin proqnozlaşdırılması üçün istifadə etmək mümkündür.

Deputat Azərbaycan dilində süni intellekt həllərinin hazırlanmasını və yerli “healthtech” startaplarının dəstəklənməsini də vacib sayıb.

“Gənc mühəndislər və proqramçılar həkimlərlə birlikdə tibbi cihazlar, telemetriya sistemləri, mobil səhiyyə tətbiqləri və süni intellekt məhsulları yarada bilərlər”, – Məmmədli bildirib.

Onun sözlərinə görə, perspektivli həllər TƏBİB-in tabeliyindəki və özəl tibb müəssisələrində sınaqdan keçirilə bilər.


Məmmədli həmçinin tibb və texnologiya təhsilinin inteqrasiyasına ehtiyac olduğunu deyib.
“Gələcəyin həkimi yalnız klinik biliklərə deyil, rəqəmsal səhiyyə, tibbi məlumatların təhlili və süni intellekt haqqında baza biliklərinə də malik olmalıdır”, - deputat bildirib.


O, Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılması imkanlarının müzakirəsi üçün aidiyyəti qurumların iştirakı ilə dəyirmi masaların keçirilməsini də təklif edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Cəmiyyət 17:46
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Cəmiyyət 15:48
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Cəmiyyət 15:13
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:13
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol