Ceyhun Bayramov ABŞ-yə səfər edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində Bayramovun Baş Assambleyanın 81-ci sessiyasında və digər beynəlxalq tədbirlərdə çıxış etməsi, həmçinin sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici ölkələrin rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.