ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yeni görüş keçirəcəklər.Bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, ABŞ və İran nümayəndələri çərçivəsində üç saat davam edən görüş keçirilib və yaxın gələcəkdə daha bir görüş planlaşdırılıb.
“Onların çox yaxşı və məhsuldar görüşü olub və ən yaxın gələcəkdə daha biri planlaşdırılıb”, – Tramp deyib.
Onun sözlərinə görə, görüşdə ABŞ tərəfdən xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.