• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
23.09.2026 23:21

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Başika-Zilkan bazasını mərhələli şəkildə İraq Federal Hökumətinə təhvil verəcək.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əl-Zeydinin Nyu-Yorkda keçirilən görüşündən sonra yayılan birgə açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, tərəflər iki ölkə arasındakı strateji münasibətləri bütün aspektləri ilə müzakirə edib və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, İraqın təhlükəsizlik sahəsində atdığı addımlar çərçivəsində Sincarda dövlət hakimiyyətinin tam bərqərar edilməsi və qadağan olunmuş xarici silahlı ünsürlərin mövcudluğuna son qoyulması nəzərdə tutulur.

"İraqın təhlükəsizlik sahəsində atdığı addımlardakı irəliləyişə uyğun olaraq, razılaşdırılmış mexanizm və qrafik əsasında Türkiyə Silahlı Qüvvələri Başika-Zilkan bazasını mərhələli şəkildə İraq Federal Hökumətinə təhvil verəcək", - açıqlamada deyilir.

Tərəflər həmçinin ikitərəfli ticarət və investisiyaların həcminin artırılması, imzalanmış sazişlərin icrasının sürətləndirilməsi və xüsusilə İnkişaf Yolu Layihəsi olmaqla birgə strateji layihələrin həyata keçirilməsinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Dünya 23:16
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
Dünya 22:15
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Dünya 20:30
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Lavrov Bakıya gəlir
Dünya 13:31
Lavrov Bakıya gəlir
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Dünya 13:10
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Ağ Ev rəsmiləri Keti Zakariasın mətbuat katibi vəzifəsindəki gələcəyini sual altına alıb
Dünya 12:53
Ağ Ev rəsmiləri Keti Zakariasın mətbuat katibi vəzifəsindəki gələcəyini sual altına alıb
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik
Dünya 12:06
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
Dünya 22:45
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
İlon Mask yenidən trilyonçu statusunu itirib
Dünya 22:09
İlon Mask yenidən trilyonçu statusunu itirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol