• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb

İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
23.09.2026 23:46

İsrailin ABŞ-dəki səfiri Yexiel Leyterin oğlu Neriah Leyter İordan çayının Qərb sahilində nəzarət-buraxılış məntəqəsinə avtomobillə hücum zamanı ağır yaralanıb.Bu barədə "The Jerusalem Post" xəbər verir.

ABŞ vətəndaşlığı da olan Neriah Leyter İsrail ordusunun ehtiyat hərbi qulluqçusudur.

Hadisə Modiinin yaxınlığındakı Makkabim nəzarət-buraxılış məntəqəsində baş verib. Məlumata görə, avtomobil məntəqədə xidmət aparan hərbçiyə çırpılıb. Ağır xəsarət alan Leyter Qüdsdəki Şaare Zedek Tibb Mərkəzinə çatdırılıb və onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, hücumu törədən şəxs Fələstinin Beyt-Ur ət-Taxta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Mahmud Süleyman olub. O, hadisə yerində öldürülüb.

İsrail səfirinin böyük oğlu, mayor rütbəli Moşe Yedidya Leyter isə 2023-cü ilin noyabrında Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub. O, İsrail ordusunda xidmət edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Dünya 23:16
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
Dünya 22:15
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Dünya 20:30
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Lavrov Bakıya gəlir
Dünya 13:31
Lavrov Bakıya gəlir
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Dünya 13:10
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Ağ Ev rəsmiləri Keti Zakariasın mətbuat katibi vəzifəsindəki gələcəyini sual altına alıb
Dünya 12:53
Ağ Ev rəsmiləri Keti Zakariasın mətbuat katibi vəzifəsindəki gələcəyini sual altına alıb
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik
Dünya 12:06
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
Dünya 22:45
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
İlon Mask yenidən trilyonçu statusunu itirib
Dünya 22:09
İlon Mask yenidən trilyonçu statusunu itirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol