• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib

Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
26.09.2026 15:51

Media və Yayım Şurası son günlər Türkiyənin media və sosial media məkanında Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş paylaşımların və iddiaların artmasından narahatlığını bildirib.Bu barədə Şuranın bəyanatında bildirilib.

Şuranın məlumatına görə, yayılan paylaşımlarda əsassız və qərəzli iddialara, həmçinin dezinformasiyalara yer verilir və bu materiallar iki ölkə arasında münasibətlərə dair ictimai rəydə mənfi təsəvvür formalaşdırmağa yönəlib.

Bəyanatda qeyd olunub ki, bu paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, Şuranın qiymətləndirməsinə görə, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən məqsədyönlü kampaniyanın tərkib hissəsidir.

Şura hesab edir ki, bu cür fəaliyyətlər Türkiyə qanunvericiliyinin tələblərinə ziddir və müvafiq hallarda qanunvericiliyin tələblərinin tətbiq olunmasını gözləyir.

Bəyanatda bildirilib ki, Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri izləyir və qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi, o cümlədən kampaniyanın təşkilatçıları və iştirakçılarının Azərbaycana girişinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir.

Şura iki ölkə və xalqları arasında formalaşmış münasibətlərə və strateji müttəfiqliyə xələl gətirə biləcək cəhdlərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib -SƏRƏNCAM
Cəmiyyət 12:33
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib -SƏRƏNCAM

Sabah yağış yağacaq
Cəmiyyət 12:23
Sabah yağış yağacaq

Xocavənd və Ağdərəyə daha 42 ailəyola salınıb
Cəmiyyət 12:13
Xocavənd və Ağdərəyə daha 42 ailəyola salınıb
Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir - deputatdan irad
Cəmiyyət 11:58
Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir - deputatdan irad
Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
Cəmiyyət 11:37
Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -FAKTİKİ HAVA
Cəmiyyət 11:34
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -FAKTİKİ HAVA
Deputat - Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması heç bir dinə qarşı deyil
Cəmiyyət 11:33
Deputat - Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması heç bir dinə qarşı deyil
Azay Quliyev Paşinyanın bəyanatlarını etibarsız adlandırıb
Cəmiyyət 11:19
Azay Quliyev Paşinyanın bəyanatlarını etibarsız adlandırıb
Hər şagirdə 30 saniyə vaxt düşür - deputat məktəbdəki problemdən danışdı
Cəmiyyət 11:14
Hər şagirdə 30 saniyə vaxt düşür - deputat məktəbdəki problemdən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol