• $
  • €
  • ₽
  • ₺
  • £

3 yaşlı qız üçün 15,3 min manat: Pakistanda ata onu 60 yaşlı kişiyə ərə vermək istəyib

3 yaşlı qız üçün 15,3 min manat: Pakistanda ata onu 60 yaşlı kişiyə ərə vermək istəyib
28.09.2026 11:36

Pakistanda üç yaşlı qızın 60 yaşlı kişiyə 2,5 milyon Pakistan rupisinə (təxminən 15,3 min manat) ərə verilməsi ilə bağlı qızın atası saxlanılıb, 60 yaşlı kişi isə axtarışa verilib. Bu barədə ölkə mətbuatı yazıb. 

Hadisə ölkənin Bəlucistan əyalətinin Çaman şəhərində baş verib. Polis məlumatına görə, qızın atası Əbdül Baqi qızının Salah Uddin adlı 60 yaşlı şəxslə evləndirilməsi barədə razılaşma əldə edib. Lakin polis müdaxilə edən zaman razılaşdırılmış 2,5 milyon Pakistan rupisi (təxminən 15,3 min manat) məbləğində ödəniş tam həyata keçirilmədiyi üçün nikahın baş tutmadığı bildirilib.

Polis Baqini saxlayıb, Uddinin isə axtarışda olduğunu açıqlayıb. Üç yaşlı qız və anası polis mühafizəsinə götürülüb.

Hadisənin “valvar” adlanan ənənə ilə əlaqəli olduğu bildirilir. Bu adət çərçivəsində bəy və ya onun ailəsi gəlinin ailəsinə pul ödəyir.

İstintaq zamanı ailədə daha əvvəl baş vermiş hadisə də araşdırmaya daxil edilib. Polis bildirir ki, Baqinin 13 yaşlı qızı Şükriyə Bibi bundan əvvəl Salah Uddinin oğlu Kamranla 1,5 milyon Pakistan rupisinə evləndirilib. Şükriyə təxminən iki həftə əvvəl Quetta yaxınlığındakı Kuçlakda ölüb. Onun həyat yoldaşı Kamran qətli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Polis ailələr arasında yaranmış mübahisənin Şükriyə Bibinin ölümü ilə əlaqəsinin olub-olmadığını da araşdırır.

 Bəlucistanda 2025-ci ildə qüvvəyə minmiş Uşaq nikahlarının qarşısının alınması haqqında qanun nikah üçün minimum yaşı 18 müəyyən edir. Qanuna əsasən, yetkin şəxsin uşaqla nikaha daxil olması cinayət hesab olunur və bununla bağlı həbs və cərimə cəzaları nəzərdə tutulur.

UNICEF-in məlumatlarına görə, Pakistanda təxminən 20,5 milyon qadın və qız 18 yaşına çatmadan evləndirilib, onların təxminən 5 milyonu isə 15 yaşından əvvəl nikaha daxil olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İsrail xalqına müraciət edib
Dünya 23:27
Tramp İsrail xalqına müraciət edib
Marko Rubio Özbəkistana səfər edib
Dünya 21:50
Marko Rubio Özbəkistana səfər edib
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Dünya 18:54
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
İranda yeni müdafiə naziri seçilib
Dünya 13:07
İranda yeni müdafiə naziri seçilib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Dünya 09:01
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Fransada hökumətə qarşı etirazlar: Nitsada toqquşmalar başlayıb
Dünya 23:29
Fransada hökumətə qarşı etirazlar: Nitsada toqquşmalar başlayıb
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Dünya 23:03
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
Dünya 22:23
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Dünya 20:53
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol