• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan parlamenti Peter Magyarın toxunulmazlığını ləğv edib

Macarıstan parlamenti Peter Magyarın toxunulmazlığını ləğv edib
28.09.2026 15:08

 

Macarıstan parlamenti Baş nazir Peter Magyarın toxunulmazlığını ləğv edib. Qərar 139 deputatın lehinə səsi ilə qəbul olunub, əleyhinə və bitərəf səs verən olmayıb.

Bununla 2024-cü ildə baş verdiyi bildirilən mobil telefon insidenti ilə bağlı Magyar barəsində istintaqın davam etdirilməsinə hüquqi imkan yaranıb. Macarıstan prokurorluğu onun Budapeştdə gecə klubunda mübahisə zamanı başqa şəxsin mobil telefonunu götürdüyünü və daha sonra cihazı Dunay çayına atdığını iddia edir. Telefon daha sonra dalğıclar tərəfindən sudan çıxarılıb.

Hadisə 2024-cü il iyunun 21-də baş verib. Həmin vaxt Magyar Avropa Parlamentinin deputatı idi. Avropa Parlamenti 2025-ci ilin oktyabrında Macarıstan hakimiyyətinin onun toxunulmazlığının ləğvi ilə bağlı əvvəlki müraciətini təmin etməmişdi.

Magyar telefonun götürülməsi faktını etiraf edib, lakin hadisənin prokurorluğun təqdim etdiyi formada baş verdiyini və ona qarşı siyasi təxribat təşkil edildiyini rədd edir. O, istintaqla əməkdaşlığa hazır olduğunu bildirib və parlament toxunulmazlığının ləğv edilməsini özü də istəyib.

 Magyar 2026-cı ilin mayında Avropa Parlamentindəki mandatının başa çatmasından sonra Macarıstan Milli Assambleyasının üzvü olub və baş nazir seçilib. Onun rəhbərlik etdiyi Tisza Partiyası parlamentdə çoxluğa sahibdir.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İsrail xalqına müraciət edib
Dünya 23:27
Tramp İsrail xalqına müraciət edib
Marko Rubio Özbəkistana səfər edib
Dünya 21:50
Marko Rubio Özbəkistana səfər edib
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Dünya 18:54
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
İranda yeni müdafiə naziri seçilib
Dünya 13:07
İranda yeni müdafiə naziri seçilib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Dünya 09:01
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Fransada hökumətə qarşı etirazlar: Nitsada toqquşmalar başlayıb
Dünya 23:29
Fransada hökumətə qarşı etirazlar: Nitsada toqquşmalar başlayıb
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Dünya 23:03
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
Dünya 22:23
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Dünya 20:53
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol