• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA

Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
29.09.2026 12:35

Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 266 nəfər artaraq 33 555 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi Anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, 2024-cü ildə ölkədə ürək-damar xəstəliklərindən 33 289 nəfər ölüb. Beləliklə, 2025-ci ildə ölüm halları illik müqayisədə 0,8% artıb.

Ürək-damar xəstəlikləri Azərbaycanda əsas ölüm səbəblərindən biri olaraq qalır. 

Həkimlər ürək-damar xəstəliklərinin yaranmasında bir neçə risk faktorunun rol oynadığını bildirirlər. Səhiyyə Nazirliyinin kardioloqu Leyla Quliyevanın sözlərinə görə, əsas risk faktorları arasında qeyri-sağlam qidalanma, piylənmə, şəkərli diabet, qanda xolesterinin yüksək olması, siqaret çəkmə, arterial hipertenziya, fiziki hərəkətsizlik və stress yer alır. O, irsi faktorun da əhəmiyyətli rol oynadığını qeyd edib.

Mütəxəssislərin fikrincə, ürək-damar xəstəliklərinin ağırlaşmasının qarşısının alınmasında risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması mühüm əhəmiyyət daşıyır. Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutunun mütəxəssisləri xüsusilə yüksək qan təzyiqi, xolesterin və şəkərli diabet kimi göstəricilərin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayırlar.

Nazirliyin məlumatlarına əsasən, ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq əsas profilaktik tədbirlər sırasında göstərilir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistana keçən çoban geri qaytarılacaq - Ermənistan MTX
Cəmiyyət 09:25
Ermənistana keçən çoban geri qaytarılacaq - Ermənistan MTX
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:30
Sabah bu ərazilərdə işıq olmayacaq
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
Cəmiyyət 21:01
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Cəmiyyət 20:50
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Cəmiyyət 20:25
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 19:40
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:29
Bu ərazilərdə qaz olmayacaq

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 17:48
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Cəmiyyət 17:21
Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol