• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib


Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
30.09.2026 15:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.

Qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi.

Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğuladı.

Lord Vernon Kioakerə sərgilərdə iştirak etdiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ADEX sərgisinin artıq uzun illərdir ki, mühüm beynəlxalq tədbirə çevrildiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə - müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğuladı.

Dövlət başçısı ölkədə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu bildirdi. Prezident İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkəmizdə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxundu, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğuladı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Siyasət 19:36
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 18:30
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər - deputat qanunun əlehinə səs verəcəyini deyir
Siyasət 16:44
Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər - deputat qanunun əlehinə səs verəcəyini deyir

Prezident Lord Anas Sarvarı qəbul edib
Siyasət 16:36
Prezident Lord Anas Sarvarı qəbul edib
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Siyasət 12:39
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
Siyasət 10:33
Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
Siyasət 10:12
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Siyasət 20:35
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Siyasət 18:41
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol