• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyinin hərbçilərinin xalis maaşları orta hesabla 22,8% artırılacaq

Müdafiə Nazirliyinin hərbçilərinin xalis maaşları orta hesabla 22,8% artırılacaq
30.09.2026 17:13

Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra aldıqları əməkhaqqı orta hesabla 22,8% artırılacaq, bunun üçün dövlət büdcəsindən ildə əlavə 550 milyon manatadək vəsait ayrılacaq. Bunu deputat Arzu Nağıyev hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatı ilə bağlı dəyişikliklərin Milli Məclisdə müzakirəsi zamanı deyib.


Onun sözlərinə görə, islahat Müdafiə Nazirliyində əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını, çoxsaylı əlavələrin və birdəfəlik ödənişlərin ləğv edilərək vahid maaş strukturunun yaradılmasını nəzərdə tutur. Maaş hesablanarkən xidmət yeri, şəraiti, xüsusiyyətləri və ağırlığı nəzərə alınacaq.


Yeni qaydada hərbçilərin pensiyası sonuncu təminat xərcliyinə əsasən deyil, fərdi şəxsi hesablarında toplanmış pensiya kapitalı üzrə hesablanacaq. Beləliklə, pensiya məbləği ilə son təminat xərcliyi arasındakı birbaşa əlaqə aradan qaldırılacaq.


“Təklif olunan yanaşmaya əsasən, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq”, - deputat bildirib.


Nağıyevin sözlərinə görə, yeni sistem hərbçilərin daha uzun müddət xidmətdə qalmasını təşviq edəcək. Xidmət müddəti artdıqca onların rütbəsi, əməkhaqqı və pensiya kapitalı da yüksələcək.
Layihəyə əsasən, hərbi qulluqçular üçün müvafiq rütbədə xidmətin son yaş həddi eyni zamanda pensiya yaşı sayılacaq. Müddətdən artıq xidmət edən gizir və miçmanlar, kiçik zabitlər, mayor və polkovnik-leytenantlar üçün bu hədd 48, polkovniklər və onlara bərabər rütbələr üçün 53 yaş müəyyən ediləcək.


Məsələn, 43 yaşında 25 illik xidmət müddətini tamamlayan polkovnik-leytenant pensiyaya 48 yaşında çıxa biləcək. Əlavə beş il ərzində topladığı kapital onun gələcək pensiyasının məbləğini artıracaq.


Yeni mexanizmdə qulluq stajına görə faizlə hesablanan əlavə əvəzinə, hərbi rütbələr üzrə sabit aylıq pensiya əlavəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Pensiyalar elektron qaydada, hər hansı quruma müraciət edilmədən təyin ediləcək.


Dəyişikliklər əvvəllər pensiyaya çıxmış hərbi qulluqçulara şamil olunmayacaq və onların mövcud pensiyalarına təsir etməyəcək.


Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirə olunaraq birinci oxunuşda plenar iclasa tövsiyə edilib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Siyasət 19:36
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 18:30
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər - deputat qanunun əlehinə səs verəcəyini deyir
Siyasət 16:44
Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər - deputat qanunun əlehinə səs verəcəyini deyir

Prezident Lord Anas Sarvarı qəbul edib
Siyasət 16:36
Prezident Lord Anas Sarvarı qəbul edib
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Siyasət 12:39
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
Siyasət 10:33
Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
Siyasət 10:12
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Siyasət 20:35
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Siyasət 18:41
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol