• $
  • €
  • ₽
  • ₺
  • £

Vurulan gəminin kapitanı Rüstəm Həsənov ehtiyatda olan 2-ci dərəcəli kapitan olub

Vurulan gəminin kapitanı Rüstəm Həsənov ehtiyatda olan 2-ci dərəcəli kapitan olub
06.10.2026 13:53


Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalan “Royad Məmmədov” yük gəmisinin kapitanı Rüstəm Həsənov ehtiyatda olan 2-ci dərəcəli kapitan - polkovnik-leytenant olub. O, hücum nəticəsində həlak olub.


Xarici İşlər Nazirliyinin oktyabrın 6-da yaydığı məlumata görə, 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu gəminin kapitanı olub.

Nazirlik gəmidəki digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Süleymanzadənin itkin düşdüyünü bildirib.

Heyətin digər üzvləri xilas edilib, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Gəmi oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında hücuma məruz qalıb. Rumıniya rəsmiləri gəmidə yanğın baş verdiyini və heyət üzvlərinin xilas edildiyini açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə gəmiyə iki Rusiya dronunun zərbə endirdiyini bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Cəmiyyət 22:46
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Cəmiyyət 21:50
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Cəmiyyət 17:46
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Cəmiyyət 15:48
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol