• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada təxminən 11 min mülki şəxs itkin düşmüş şəxslər reyestrinə daxil edilib-Lubinets

Ukraynada təxminən 11 min mülki şəxs itkin düşmüş şəxslər reyestrinə daxil edilib-Lubinets
08.10.2026 12:22

Ukraynada təxminən 11 min mülki şəxsin adı xüsusi şəraitdə itkin düşmüş şəxslərin vahid reyestrinə daxil edilib. Bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets oktyabrın 8-də Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Lubinets deyib ki, Rusiya tərəfindən mülki şəxslərin özbaşına həbs edilməsi və mühakimə olunmasının qarşısını almaq üçün hazırda kifayət qədər mexanizm yoxdur.

“Biz hər gün Rusiya Federasiyasının Cenevrə Konvensiyasını və beynəlxalq humanitar hüququ pozduğunu, minlərlə mülki şəxsi özbaşına həbs etdiyini və məhkum etdiyini görürük. Lakin bununla bağlı nə edə biləcəyimizə dair heç bir mexanizmə malik deyilik”, - o bildirib.

Onun sözlərinə görə, reyestrdə beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, yerli və dini icmaların üzvləri də daxil olmaqla müxtəlif kateqoriyalardan olan şəxslər yer alır.

Lubinets qeyd edib ki, ATƏT-in üç rəsmi əməkdaşı da Rusiya tərəfindən həbs edilərək məhkum olunub.

“Bu siyahıda jurnalistlər, yerli icmaların nümayəndələri, dini icmaların nümayəndələri də var” - komissar əlavə edib.

Ukraynanın rəsmi məlumatlarına görə, xüsusi şəraitdə itkin düşmüş şəxslərin vahid reyestri müharibə, döyüş əməliyyatları və işğal nəticəsində itkin düşən şəxslər barədə məlumatların sistemləşdirilməsi üçün yaradılıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Dünya 13:56
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
İspaniyada sürət qatarları toqquşdu -46 ölü
Dünya 14:44
İspaniyada sürət qatarları toqquşdu -46 ölü

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Dünya 11:05
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Dünya 10:15
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Dünya 09:28
Səslər sayıldıqca Netanyahunun bloku önə keçir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol