Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"KİA" markalı minik avtomobili motosikletlə toqquşub.
Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.
Hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər