Sentyabrda ət və tərəvəz bahalaşıb - siyahı
Azərbaycanda 2026-cı ilin sentyabrında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bahalaşan məhsullar arasında mal, qoyun və toyuq əti, balıq, yumurta, qarabaşaq, xiyar, pomidor, kartof, soğan və digər tərəvəzlər yer alıb.
Sentyabrda ümumi istehlak qiymətləri avqustla müqayisədə 0,9 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 5,5 faiz yüksəlib.
İstehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,5 faiz, avqustla müqayisədə isə 0,9 faiz artıb.
Ay ərzində qeyri-ərzaq məhsullarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,5 faiz yüksəlib.
2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu müddətdə ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz, qeyri-ərzaq məhsulları 3,7 faiz, ödənişli xidmətlər isə 5,5 faiz bahalaşıb.
Sentyabrda geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlərin qiymətləri artıb, zərgərlik məmulatları isə ucuzlaşıb.
Ərzaq məhsulları arasında kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələmin qiymətləri azalıb. Digər qida və qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.
Gülnar Nazimqızı