• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 39 yeni hakim and içib

Azərbaycanda 39 yeni hakim and içib
12.10.2026 16:23

Azərbaycanda müxtəlif birinci instansiya məhkəmələrinə təyin olunan 39 hakimin andiçmə mərasimi keçirilib. Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunan hakimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə töhfə verdiyini bildirib.

İnam Kərimov hakimliyin böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən peşə olduğunu vurğulayıb. O, hakimlərə fəaliyyətlərində qanunun aliliyini, müstəqillik, qərəzsizlik və ədalət prinsiplərini rəhbər tutmağı, hakim adının nüfuzunu qorumağı tövsiyə edib.

Daha sonra hakimlər “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərinə uyğun olaraq and içiblər. Onlara hakimin xüsusi geyim forması təqdim olunub.

Mərasimdə çıxış edən yeni təyin olunmuş hakimlər Nuranə Məmmədova və Səbuhi Abbasov göstərilən etimadı doğruldacaqlarını və ədalət mühakiməsinin prinsiplərinə əməl edəcəklərini bildiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Siyasət 16:51
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycanda 39 yeni hakim and içib
Siyasət 16:23
Azərbaycanda 39 yeni hakim and içib
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Siyasət 15:18
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Siyasət 14:52
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Birinci xanımlar görüşüb
Siyasət 13:45
Birinci xanımlar görüşüb
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 17:21
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol