Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyidən məlumat verilib.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.