• $
  • €
  • ₽
  • ₺
  • £

YeloBank 2026- cı ilin 3-cü rübünü artımla başa vurdu

YeloBank 2026- cı ilin 3-cü rübünü artımla başa vurdu
15.10.2026 10:11

Yelo Bank 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində Bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kreditportfelini genişləndirib, kapital göstəriciləri isə güclənib.

 

Kredit portfeli ilin əvvəlindən 61,2 milyon manat artaraq 1 milyard 150 milyon manataçatıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşür. Real sektorunmaliyyələşdirilməsi Bankın prioritetində qalmağa davam edir və biznes kredit portfeli46,9 milyon manat böyüyərək 721 milyon manata yüksəlib. İstehlak kredit portfeli isə ilinəvvəlindən 14,4 milyon manat artaraq 430 milyon manata çatıb.

 

Bankın təklif etdiyi əmanət şərtlərinin cəlbediciliyi sayəsində fiziki şəxslərin əmanətləriilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata çatıb. Ümumi əmanətportfeli isə rübün sonuna 1 milyard 91 milyon manat təşkil edib. Bankın ümumi aktivlərieyni dövrdə 43 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.

 

Gəlirlər də artım tempini qoruyub. Faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə17,4% artaraq 154 milyon manata çatıb, xalis faiz gəliri isə 8,8% artımla 88 milyonmanat təşkil edib. Qeyri-faiz gəlirləri 7 milyon manat olub.

 

Bankın kapital bazası da möhkəmlənib. Məcmu kapital ilin əvvəlindən təxminən 14 milyon manat artaraq 189 milyon manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı14,35%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69% təşkil edir. Hər ikigöstərici tələb olunan normanı üstələyir və ilin əvvəli ilə müqayisədə yüksəlib.

Bank xidmətləri, eləcə də kredit kalkulyatoru ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda Aqrar Süni İntellekt layihəsi üzrə 13 həll istismara verilib
İqtisadiyyat 10:56
Azərbaycanda Aqrar Süni İntellekt layihəsi üzrə 13 həll istismara verilib


Azərbaycanda bu il 4,5 mln. ton neft emal edilib
İqtisadiyyat 10:42
Azərbaycanda bu il 4,5 mln. ton neft emal edilib
Azərbaycanda 9 ayda 19,9 mln ton neft, 37,9 mlrd kubmetr qaz hasil edilib
İqtisadiyyat 10:25
Azərbaycanda 9 ayda 19,9 mln ton neft, 37,9 mlrd kubmetr qaz hasil edilib
YeloBank 2026- cı ilin 3-cü rübünü artımla başa vurdu
İqtisadiyyat 10:11
YeloBank 2026- cı ilin 3-cü rübünü artımla başa vurdu
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb
İqtisadiyyat 10:01
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb
Qızıl və gümüşün qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızıl və gümüşün qiyməti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:30
Bu günün valyuta məzənnələri açıqlanıb


“Brent” markalı neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:18
“Brent” markalı neftin qiyməti ucuzlaşıb
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
İqtisadiyyat 17:25
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol