Zelenski Brüsselə gedib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə səfər edib.Bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Səfər çərçivəsində onun NATO-nun baş katibi Mark Rütte və Fransa Prezidenti Emmanuel Makronla görüşləri nəzərdə tutulub.
Ukrayna lideri, həmçinin Polşanın Baş naziri Donald Tusk, Danimarkanın Baş naziri Mette Frederiksen və Belçikanın Baş naziri Bart De Veverlə danışıqlar aparacaq.