Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edilib
Abşeron rayonunun Xırdalan şəhərində orta məktəblərdən birinin şüşələrini daş parçaları ilə sındırmaqda şübhəli bilinən Bəxtiyar Muradov saxlanılıb və həbs edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.