Azərbaycanda ötən gün 42 şübhəli saxlanılıb
Azərbaycanda oktyabrın 15-də cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hesabat günündə ölkə ərazisində qeydə alınan 44 cinayətin hamısı, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayət polis tərəfindən açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 47-si borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.