• $
  • €
  • ₽
  • ₺
  • £

“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat

“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat
16.10.2026 11:39

“Dördüncü Sovxoz” adının dəyişdirilməsi 15 min nəfərin sənədlərində və kommunal xidmətlərin ünvan məlumatlarında dəyişiklik tələb edə bilər. Deputat Siyavuş Novruzov bu səbəbdən məsələnin mərhələli həll oluna biləcəyini deyib.

Deputat Fazil Mustafa Milli Məclisdə yaşayış məntəqəsinin adının dəyişdirilməsini təklif edib.

Onun sözlərinə görə, sənədlərdə ünvan “Dördüncü Sovxoz 2 filan  küçə” kimi göstərilir.


“Bunun adının dəyişdirilməsi məsələsini operativ həll etmək, hamısını bir yerdə və çox maddi vəsait xərcləmədən həll etmək daha doğru olar”, - Mustafa bildirib.

O, Pirşağı bələdiyyəsinin tərkibində olan 15 min nəfərlik yaşayış məntəqəsinin adını “müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan” adlandırıb.


Novruzov isə ad dəyişikliyinin xərclərini nəzərə almağa çağırıb.

“Təsəvvür eləyin, 15 min nəfərin şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Orada ünvan dəyişəcək. 15 min nəfərin küçə ünvanı, qaz ünvanı, işıq ünvanı və su ünvanı dəyişəcək. Bütün bunlar dövlət büdcəsindən sərf oluna biləcək vəsaitdir”, - Novruzov bildirib.

Onun sözlərinə görə, vacib hesab olunan adların dəyişdirilməsi mərhələli şəkildə davam etdiriləcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Cəmiyyət 12:09
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Bankların problemli kreditlərini azaltmaq üçün yeni mexanizm təklif olunur
Cəmiyyət 11:54
Bankların problemli kreditlərini azaltmaq üçün yeni mexanizm təklif olunur
“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat
Cəmiyyət 11:39
“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat
Neftin qiymətində 5-20 dollarlıq dəyişiklik Azərbaycanın büdcə balansına təsir edə bilər
Cəmiyyət 11:29
Neftin qiymətində 5-20 dollarlıq dəyişiklik Azərbaycanın büdcə balansına təsir edə bilər
Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib
Cəmiyyət 11:23
Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya edilib
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 11:16
Əhalinin sayı açıqlanıb
Azərbaycanda ötən gün 42 şübhəli saxlanılıb
Cəmiyyət 10:03
Azərbaycanda ötən gün 42 şübhəli saxlanılıb
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edilib
Cəmiyyət 09:47
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edilib
Paytaxtın iki rayonunda işıq olmayacaq
Cəmiyyət 00:06
Paytaxtın iki rayonunda işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol