• $
  • €
  • ₽
  • ₺
  • £

“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır


“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
16.10.2026 13:53

Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək. 

Bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır. 

114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) təyin edilib. 

 

500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun “20 Yanvar” stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir. 

Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki “2 saylı poçt filialının 134 saylı poçt şöbəsi” yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər. 

şəhərin müxtəlif istiqamətlərindən “20 Yanvar” metrostansiyasına və “Şamaxinka” adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud “Şamaxinka”da “Alov zavodu” ilə üzbəüz məntəqədə minə bilərlər. 

Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud “Şamaxinka” adlanan ərazidəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.

Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeniyetmə anaların 6-sı beşinci və daha çox uşaq dünyaya gətirib
Cəmiyyət 15:29
Yeniyetmə anaların 6-sı beşinci və daha çox uşaq dünyaya gətirib
Azərbaycanda yeniyetmə anaların sayı açıqlanıb
Cəmiyyət 14:44
Azərbaycanda yeniyetmə anaların sayı açıqlanıb

“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
Cəmiyyət 13:53
“20 Yanvar” və “Şamaxinka”da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
Prezident onları "Tərəqqi" medalı ilə təltif etdi
Cəmiyyət 13:24
Prezident onları "Tərəqqi" medalı ilə təltif etdi
Razi Nurullayev iş gününün məhsuldarlıq hesabına qısaldılmasını təklif edib
Cəmiyyət 12:51
Razi Nurullayev iş gününün məhsuldarlıq hesabına qısaldılmasını təklif edib
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Cəmiyyət 12:09
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Bankların problemli kreditlərini azaltmaq üçün yeni mexanizm təklif olunur
Cəmiyyət 11:54
Bankların problemli kreditlərini azaltmaq üçün yeni mexanizm təklif olunur
“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat
Cəmiyyət 11:39
“Dördüncü Sovxoz” adının dəyişdirmək üçün maliyyə lazımdır - deputat
Neftin qiymətində 5-20 dollarlıq dəyişiklik Azərbaycanın büdcə balansına təsir edə bilər
Cəmiyyət 11:29
Neftin qiymətində 5-20 dollarlıq dəyişiklik Azərbaycanın büdcə balansına təsir edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol