Yeniyetmə analardan 6-sı beş və daha çox uşaq dünyaya gətirib
Azərbaycanda 2025-ci ildə 15-19 yaşlı qadınlar tərəfindən dünyaya gətirilən uşaqlardan 6-sı analarının beşinci və ya daha sonrakı övladı olub. Bu barədə Dövlət Stastika Komitəsindən bildirilib.
Həmin yaş qrupundakı qadınlar il ərzində ümumilikdə 9 015 uşaq dünyaya gətiriblər. Onlardan 7 722-si ilk, 1 207-si ikinci, 71-i üçüncü, 9-u isə dördüncü uşaq olub.
Ümumilikdə, 2025-ci ildə 15-29 yaşlı qadınlar 67 726 uşaq dünyaya gətiriblər.
Gülnar Nazimqızı