Tramp İsrail xalqına müraciət edib
ABŞ Prezidenti Donald Tramp İsrail xalqına müraciət edərək Baş nazir Benyamin Netanyahunun yenidən seçilməsinə açıq dəstəyini ifadə edib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri Netanyahunu “böyük döyüşçü Baş nazir” və “sülh naminə mühüm tərəfdaş” adlandırıb.
Tramp bildirib ki, Netanyahu İranla mübarizədə güclü lider olduğunu sübut edib və İsrail daxilindəki müqavimətə baxmayaraq mövqeyini qoruyub.
O, həmçinin İranın hərbi və maliyyə baxımından ciddi zərbə aldığını iddia edib və Tehranın mövqeyini dəyişməyəcəyi təqdirdə ABŞ-nin hərbi əməliyyatları davam etdirəcəyini bildirib.
“Netanyahu heç vaxt məyus etməyəcək!” – deyə Tramp paylaşımında vurğulayıb.
İsraildə parlament seçkilərinin oktyabrın 27-də keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
Daha çox