Azərbaycanda iki gündə 66 cinayət açılıb - DİN
Azərbaycanda oktyabrın 17-18-də qeydə alınan 66 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 37-si borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.