Məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fuad İbrahimovla əlbir olduğu bildirilən tanışı İlkin Novruzov da müəyyən edilərək saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.