• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftədə təmizlənən minaları ərazilərin həcmi açıqlanıb

Bir həftədə təmizlənən minaları ərazilərin həcmi açıqlanıb
19.10.2026 14:39

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sentyabrın 12-18-də aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 66 tank əleyhinə mina, 188 piyada əleyhinə mina və 631 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik hesabatında bildirib.

Məlumata görə, hesabat dövründə ümumilikdə 1420.9  hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

ANAMA-nın statistikası göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.

Qurumun məlumatına əsasən, müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.

Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.

Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şakro Molodoy”un adı çəkilən işdə azərbaycanlılara hökm oxunub
Cəmiyyət 15:38
“Şakro Molodoy”un adı çəkilən işdə azərbaycanlılara hökm oxunub
“44” filmini icazəsiz çəkənlər məsuliyyətə cəlb oluna bilər
Cəmiyyət 15:18
“44” filmini icazəsiz çəkənlər məsuliyyətə cəlb oluna bilər
Adnan Əhmədzadənin həbs müddəti 6 ay uzadılıb
Cəmiyyət 15:14
Adnan Əhmədzadənin həbs müddəti 6 ay uzadılıb
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Cəmiyyət 14:52
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bir həftədə təmizlənən minaları ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:39
Bir həftədə təmizlənən minaları ərazilərin həcmi açıqlanıb
Prezident onları təltif edib - sərəncam
Cəmiyyət 14:25
Prezident onları təltif edib - sərəncam
Albaniyada etirazlar davam edir, Rama istefa verməkdən imtina edir
Cəmiyyət 13:52
Albaniyada etirazlar davam edir, Rama istefa verməkdən imtina edir
Bakıda küləyin sürəti 27 m/s-yə çatıb
Cəmiyyət 13:39
Bakıda küləyin sürəti 27 m/s-yə çatıb
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Cəmiyyət 13:19
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol