Bakı şəhərinin Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Baş prokuror Kamran Əliyevin əmrləri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru, Fuad Məmmədov isə Nizami rayon prokuroru təyin edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib.
İbayev Nizami rayon prokuroru, Məmmədov isə Binəqədi rayon prokuroru vəzifəsindən azad olunaraq yeni vəzifələrə təyin ediliblər.
Kamal Talıbov Şirvan şəhər prokuroru vəzifəsinə ikinci səlahiyyət müddətinə təyin edilib.