Azərbaycanda gənclər arasında onkoloji xəstəliklər 17% azalıb
Azərbaycanda 2025-ci ildə 14-29 yaşlı 326 gəncdə ilk dəfə bədxassəli şiş diaqnozu qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 67 nəfər və ya 17% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2025-ci ildə diaqnoz qoyulan gənclərin 168-i kişi, 158-i qadın olub. 2024-cü ildə isə bu göstəricilər müvafiq olaraq 189 kişi və 204 qadın idi.
14-17 yaşlı gənclər arasında yeni diaqnozların sayı 70-dən 43-ə düşüb.
2025-ci ildə bu qrupda 26 kişi və 17 qadın qeydə alınıb. 18-29 yaş qrupunda göstərici 323-dən 283-ə enib. Onların 142-si kişi, 141-i qadın olub.
2025-ci ildə Azərbaycanda ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların sayı 15 144 nəfər olub. 2024-cü ildə bu rəqəm 15 164 idi.
Gülnar Nazimqızı