Zəngəzur dəhlizi yükdaşımalar üzrə rəqabət üstünlüyü yarada bilər
Zəngəzur dəhlizi üzrə tranzit müddətinin qısa olması onun alternativ marşrutlarla müqayisədə daha çox yük cəlb etməsinə şərait yarada bilər. Bunu Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova “EU Business Climate Report Azerbaijan 2025/2026” hesabatını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, dəhlizin fəaliyyətə başlama vaxtı və şərtləri, eləcə də regiondakı geosiyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik qalır.
Axundova həmçinin gömrük prosedurlarının sadələşdirilməsinin, risk əsaslı yanaşmanın tətbiqinin və beynəlxalq sertifikatların tanınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gömrük sistemlərinin müəssisələrin resurslarının planlaşdırılması sistemləri ilə inteqrasiyası da ticarətin asanlaşdırılmasına töhfə verə bilər.
Aytac
Son xəbərlər